Pul vəsaitlərinin qaytarılma qaydası
9.1. Qüvvədə olan qanunvericilikdə, Müqavilədə başqa cür nəzərdə tutulmadığı halda, Klub üzvünə Xidmətlərin göstərilməsi baxımından Müqaviləyə vaxtından əvvəl xitam verildikdə, İcraçı pul vəsaitlərinin ödəyicisinin müvafiq yazılı ərizəsini aldığı tarixdən sonra 90 (doxsan) gündən gec olmayan müddətdə istifadə edilməmiş pul vəsaitlərinin qaytarılmasını ödəyicilər tərəfindən ödənilmiş məbləğlərə mütənasib olaraq həyata keçirməlidir.
9.2. Qüvvədə olan qanunvericilikdə, Müqavilədə başqa cür nəzərdə tutulmadığı halda, İcraçı Əlavə xidmətlərə görə ödənilmiş və istifadə edilməmiş və ya İcraçıya avans şəklində ödənilmiş pul vəsaitlərini həmin vəsaitlərin ödəyicisinin müvafiq yazılı müraciətini aldığı tarixdən sonra 90 (doxsan) gündən gec olmayan müddətdə qaytarmalıdır.
9.3. Müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verildikdə, xərclənməmiş pul vəsaitlərinin hesablanması Klub üzvünə Xidmətlərin göstərilmə Müddətinin başlanma tarixindən Müqaviləyə vaxtından əvvəl xitam verilmə tarixinə qədər olan Xidmətlərin dəyəri çıxılmaqla, İcraçı tərəfindən hesablanmış məbləğ kimi müəyyən edilir.
9.3.1. Müqaviləyə Klubun fəaliyyətə başlama tarixinə qədər vaxtından əvvəl birtərəfli qaydada xitam verildikdə, Xidmətlərin dəyəri Əvvəlcədən satış dövründə və ya Müqavilə üzrə Xidmətlərin göstərilmə Müddətinin başlanma tarixinə qədər həyata keçirilmişdirsə, Xidmətlərin dəyəri İcraçıya ödənilmiş həcmdə geri qaytarılmalıdır.
9.4. İcraçı Müqaviləyə əsasən Sifarişçinə, Klub üzvünə, ödəyiciyə və/və ya digər şəxslərə qaytarılmalı olan hər hansı məbləğdən, lakin dəyəri İcraçıya ödənilməmiş Əlavə xidmətlərin dəyərini və Müqaviləyə, Müqaviləyə əlavəyə və/və ya əlavə razılaşmaya, Klubun Qaydalarına uyğun olaraq İcraçıya qaytarılmalı olan digər məbləğləri, faktiki istifadə edilmiş Dondurulma günlərinin məbləğlərini birtərəfli qaydada tutmaq hüququna malikdir.
9.5. Qüvvədə olan qanunvericilikdə, Müqavilədə başqa cür nəzərdə tutulmadığı halda, Xidmətlərə, Əlavə xidmətlərə görə istifadə edilməmiş pul vəsaitlərinin və ya istifadə edilməmiş avans məbləğlərinin İcraçı tərəfindən ödəyiciyə qaytarılması aşağıdakı qaydada həyata keçirilir:
ü  Klubda ödəniş kartı ilə ödənildikdə:
Ø ödəniş zamanı istifadə edilmiş ödəniş kartına, ödənişin həyata keçirilmiş olduğu Klub terminalında kartın keçirilməsi yolu ilə.
Ø ödəniş zamanı istifadə edilmiş ödəniş kartını təqdim etmək mümkün olmadıqda və/və ya onun Klub terminalında keçirilməsi yolu ilə pul vəsaitlərinin qaytarılması texniki olaraq mümkün deyilsə – ödəniş zamanı istifadə edilmiş ödəniş kartının əlaqəli olduğu Bank hesabına;
ü  ödəniş Şəxsi kabinet vasitəsilə ödəniş kartı ilə həyata keçirildikdə – ödəniş zamanı istifadə edilmiş ödəniş kartının əlaqəli olduğu Bank hesabına;
ü  ödəniş nağd pul vəsaitləri ilə həyata keçirilmişdirsə (o cümlədən Kassa vasitəsilə):
Ø ödəyicinin kredit təşkilatındakı hesabına;
Ø ödəyicinin Bankda hesabı yoxdursa – İcraçının kassasından;
ü  ödəniş nağdsız köçürmə ilə həyata keçirilmişdirsə – ödənişi həyata keçirmiş olduğu Bank hesabına və ya ödəyicinin digər hesabına;
ü  müvafiq kateqoriyalı kart/sertifikat üçün İcraçıya ödənilmiş pul vəsaitləri (fiziki tərbiyə, fiziki tərbiyə-sağlamlaşdırma, idman tədbirlərinin və digər xidmətlərin təşkili və keçirilməsi üzrə xidmətlərin göstərilməsi üçün avans) hesaba alındıqda – müvafiq kateqoriyalı kart/sertifikat üçün pul vəsaitlərinin qalığının ödəyiciyə qaytarılması Müqavilənin 9-cu bölməsində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
9.6. İcraçıya ödəniş ödəyici ilə Bank arasında bağlanmış müqavilə əsasında Bank tərəfindən təqdim edilmiş pul vəsaitləri (kredit, borc və s.) hesabına həyata keçirilmişdirsə, İcraçı istifadə edilməmiş pul vəsaitlərinin qaytarılmasını aşağıdakı qaydada həyata keçirir:
ü  müvafiq müqavilə üzrə borcun olmaması barədə Bankın təsdiq sənədinin orijinal nüsxəsi İcraçıya təqdim edildiyi halda-şəxsin Bank hesabına;
ü  müvafiq müqavilə üzrə borcun olmaması barədə Bankın təsdiq sənədinin orijinal nüsxəsi İcraçıya təqdim edilmədiyi halda-Banka;
9.7. İstifadə edilməmiş pul vəsaitlərinin qalığını almaq üçün ödəyici İcraçıya aşağıdakı sənədləri təqdim etməlidir:
ü  pul vəsaitlərinin qaytarılması üçün yazılı ərizənin orijinal nüsxəsini;
ü  əlavənin/anketin/abunəliyin surətini;
ü  kassa qəbzini;
ü  şəxsiyyəti təsdiq edən, qüvvədə olan sənədi:
ü Azərbaycan vətəndaşları üçün aşağıdakı sənədlərdən birini:
· Azərbaycan Respublikası vətəndaşının pasportunu;
· Azərbaycan Respublikasının hərbi qulluqçusunun şəxsiyyət vəsiqəsini;
· Azərbaycan Respublikası vətəndaşının pasportunun rəsmiləşdirildiyi müddət üçün Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini;
ü əcnəbi vətəndaşlar üçün aşağıdakı sənədlərdən birini:
· Azərbaycan Respublikasında əcnəbi vətəndaşın şəxsiyyət vəsiqəsini;
· Azərbaycan Respublikasında vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsini;
· Azərbaycan Respublikasının ərazisində olan, Azərbaycan Respublikasının vətəndaşı kimi tanınmaq və ya Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olmaq üçün ərizə vermiş ayrı-ayrı kateqoriyadan olan şəxslərin şəxsiyyət vəsiqəsini;
· qaçqın vəsiqəsini.
· Azərbaycan Respublikasının ərazisində qaçqın kimi tanınmasına dair vəsatətin mahiyyəti üzrə baxılması haqqında şəhadətnaməni;
· Azərbaycan Respublikası ərazisində müvəqqəti sığınacaq verilməsi haqqında şəhadətnaməni.
ü  pul vəsaitlərinin etibarnamə üzrə alınması zamanı: pul vəsaitlərinin alınması üçün ödəyici (bundan sonra – "etibar edən" adlandırılacaq) tərəfindən verilmiş və notarial qaydada təsdiq edilmiş etibarnamənin orijinal nüsxəsi, etibar edənin və etibar edilənin pasport məlumatları, ünvanları və telefon nömrələri göstərilməklə, habelə etibar edənin və etibar edilənin pasportlarının surətləri əlavə edilməklə;
ü  Müqavilədə və/və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər sənədlər.
9.8. Pul vəsaitləri ödəniş kartı ilə Kassa və/və ya Klubda ödəniş kartlarının keçirilmə terminalı vasitəsilə ödənilmiş olduqda, əlavə olaraq İcraçıya aşağıdakı sənədləri təqdim etmək lazımdır:
Ø Slip-çekin surəti;
Ø ödənişin həyata keçirilmiş olduğu Klubun terminalında ödəniş kartının keçirilmə yolu ilə pul vəsaitlərinin qaytarılması prosedurunun həyata keçirilməsi üçün Klubda ödəniş zamanı istifadə edilmiş ödəniş kartını.
9.9. İcraçı ödəniş kartını buraxan emitent bankın hərəkətlərinə görə məsuliyyət daşımır, belə ki, pul vəsaitlərinin ödəniş kartına köçürülməsinin faktiki müddəti ödəniş kartının sahibi ilə ödəniş kartını buraxan emitent bank arasındakı müqavilə münasibətləri ilə tənzimlənir.
9.10. İcraçı ilə ekvayrinq xidmətləri təqdim edən Bank arasında bağlanmış müqaviləyə əsasən, pul vəsaitlərinin yalnız ödəniş zamanı istifadə edilmiş ödəniş kartlarına qaytarılması nəzərdə tutulmuşdur. Pul vəsaitlərinin ödəniş zamanı istifadə edilmiş ödəniş kartına qaytarılmasının nə dərəcədə əsaslandırılmış olduğunun yoxlanması məqsədi ilə, İcraçıya ekvayrinq xidmətləri təqdim edən Bank tərəfindən Müqavilədə pul vəsaitlərinin qaytarılması üçün müəyyən edilmiş müddət birtərəfli qaydada artırıla bilər və İcraçı Bankın bu cür hərəkətlərinə görə məsuliyyət daşımır.
9.10.1. Pul vəsaitlərinin qaytarılması üçün təqdim edilmiş ödəniş kartının məlumatları ödəniş zamanı istifadə edilmiş kartın məlumatları ilə üst-üstə düşmədikdə və/və ya ödəniş zamanı istifadə edilmiş ödəniş kartının və/və ya ödəniş zamanı istifadə edilmiş kartın əlaqəli olduğu hesabın pul vəsaitlərin qaytarılması üçün istifadə edilməsi mümkün olmadıqda, pul vəsaitləri aşağıdakı əlavə sənədlərin və məlumatların təqdim edilməsi əsasında, nağdsız qaydada ödəyicinin Bank hesabına qaytarılır:
ü  ödəniş zamanı istifadə edilmiş adsız ödəniş kartını buraxan emitent bank tərəfindən verilən hesab sahibi haqqında arayış;
ü  Müqavilənin 9.5-ci bəndində nəzərdə tutulmuş hallarda müvafiq müqavilə üzrə borcun olmaması haqqında Bank tərəfindən verilmiş təsdiq sənədinin orijinal nüsxəsi;
ü  pul vəsaitlərini alacaq şəxsin (ödəyicinin) hesab nömrəsi, soyadı, adı, atasının adı və kredit təşkilatının məlumatları: tam adı, müxbir hesab, BİK, VÖEN;
ü  Bankın tələbi əsasında digər sənədlər və məlumatlar.
9.11. Müqavilədə başqa cür nəzərdə tutulmadığı halda, 18 yaşına çatmamış şəxslərin əvəzinə istifadə edilməmiş pul vəsaitlərinin qalığı, aşağıdakı əlavə sənədlər təqdim edilməklə, valideynlərdən biri və/və ya qanuni nümayəndə tərəfindən alına bilər:
ü  valideynlər üçün – doğum haqqında şəhadətnamə və/və ya uşağın qeyd edildiyi Azərbaycan Respublikası vətəndaşının şəxiyyət vəsiqəsi;
ü  uşağın qanuni nümayəndəsinin (övladlığa götürənin, qəyyumun, himayəçinin) səlahiyyətlərini təsdiq edən sənəd;
ü  pul vəsaitlərinin etibarnamə üzrə alınması zamanı: pul vəsaitlərinin alınması üçün valideynlərdən biri (bundan sonra – "etibar edən" adlandırılacaq) tərəfindən verilmiş və notarial qaydada təsdiq edilmiş etibarnamənin orijinal nüsxəsi, etibar edənin və etibar edilənin pasport məlumatları, ünvanları göstərilməklə, habelə etibar edənin və etibar edilənin pasportlarının surətləri əlavə edilməklə;
9.12. Müqavilə çərçivəsində müvafiq ödəniş üçün pul vəsaitlərinin ödəyicisi dedikdə, aşağıdakı şəxslər başa düşülür:
ü  Xidmətlərin ödənilməsi nağd pul vəsaitləri ilə həyata keçirilmişdirsə, Sifarişçi;
ü  Əlavə xidmətlərə görə ödəniş nağd pul vəsaitləri ilə ödənilmişdirsə və ya Klub üzvünün Şəxsi hesabına avans şəklində daxil edilmişdirsə, 18 yaşına çatmış Klub üzvü;
ü  18 yaşına çatmamış Klub üzvünün əvəzinə Əlavə xidmətlərə görə ödəniş nağd pul vəsaitləri ilə ödənilmişdirsə və ya Klub üzvünün Şəxsi hesabına avans şəklində daxil edilmişdirsə, valideynlərdən hər hansı biri və/və ya qanuni nümayəndə;
ü  ödəniş üçün istifadə edilmiş ödəniş kartında fərdi məlumatları göstərilən şəxs;
ü  ödəniş üçün istifadə edilmiş adsız ödəniş kartının əlaqəli olduğu Bank hesabının sahibi olan şəxs;
ü  hesabından pul vəsaitləri İcraçının hesabına nağdsız qaydada daxil olan şəxs.


Документы